Azərbaycanda ahıl kişi özünü öldürdü

azerbaycanda-ahil-kisi-ozunu-oldurdu
Oxunma sayı: 1378

Bərdə rayonunda ahıl kişi özünü asaraq intihar edib.

Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə rayonun Təbriz küçəsi ev 12-də qeydə alınıb.

Belə ki, 1950-ci il təvəllüdlü Rəhimov Vilayət Sokrat oğlu özünü yaşadığı evdə tavandan asaraq intihar edib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.