Azərbaycanda alternativ enerjinin xüsusi çəkisi 25-30 faizə çatdırılacaq

azerbaycanda-alternativ-enerjinin-xususi-cekisi-25-30-faize-catdirilacaq
Oxunma sayı: 665

“2025-ci ilə qədər Azərbaycanda alternativ enerjinin xüsusi çəkisi 25-30 faizə çatdırılacaq”. Bu barədə “Qafqazinfo”ya açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, hazırda “Yeni Yaşma” külək elektrik stansiyasında 26 turbin istismar edilir və gələcəkdə onların sayının artırılması gözlənilir.

“Əldə olunan elektrik enerjisi ümumi sistemə ötürülür. Ümumiyyətlə, 2025-ci ilə qədər alternativ enerjinin ölkə üzrə ümumi elektrik enerjisi istehsalının 25-30 faizini təşkil edəcəyi gözlənilir. Hazırda bu rəqəm 1,7 faizdir”, - deyə T. Mustafayev vurğulayıb.