Azərbaycanda aparıcıya 3 illik həbs

azerbaycanda-apariciya-3-illik-hebs
Oxunma sayı: 8345

Space TV-də yayımlanan “Hava haqqında məlumat” verilişindən tanıdığımız, hazırda isə ATV kanalında yayımlanan “Aydın səs”in aparıcısı  Tunay Əliyevanın adı cinayətdə hallanır. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, Tunay Əliyeva təxminən bir il əvvəl idarə etdiyi avtomobillə adam vurub.

Belə ki, Yasamal rayonunda xanım aparıcının idarə etdiyi avtomobilinin qarşısına qəfildən sərxoş kişi çıxıb. İdarəetməni itirən aparıcı piyadanı vurub, o isə  hadisə yerində keçinib. 

Faktla bağlı cinayət işi açılıb, məhkəmə teleaparıcıya 3 illik şərti (cəza) həbs qərarı verib.