Azərbaycanda ardıcıl iki zəlzələ

azerbaycanda-ardicil-iki-zelzele
Oxunma sayı: 1818


“Qafqazinfo” Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, birinci zəlzələ saat 05.34-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.0, dərinliyi 55 km olub.

İkinci zəlzələ isə saat 06.49-da Altıağacdan 56 km şərqdə - Xəzər dənizində qeydə alınıb. Bu zəlzələnin də maqnitudası 3.0 olub, lakin 58 km dərinlikdə baş verib.

Hər iki yeraltı təkan hiss olunmayıb.