Azərbaycanda ata oğlunu öldürdü - Foto

azerbaycanda-ata-oglunu-oldurdu
Oxunma sayı: 4952

Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun evində münaqişə zəminində oğlu Turalı qətlə yetirməsi barədə polisə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 11-də saat 7 radələrində qeydə alınıb. 

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb. 

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Foto: Tural Hüseynli