Cəlilabad rayonunda sərnişin mikroavtobusu yanıb.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Məlikqasımlı kəndində qeydə alınıb.
Mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində yanğın baş verib.
Mikroavtobusun içərisində olan 8 sərnişin yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətlərinin orta ağır olduğu deyilir.
Fakt araşdırılır.
***
Müxtəlif dərəcəli yanıq xəsarətləri alanların siyahısı:
11 yaşlı Nəzrin Qəhrəmanova, 29 yaşlı Ülkər Mahmudova, 35 yaşlı Elnarə Əhmədova, 23 yaşlı Mələk Rəhimli, 25 yaşlı Rəvanə Abbasova, 48 yaşlı Xuraman Ağaşov, 27 yaşlı Tünzalə Fərəcova, 38 yaşlı Könül Mirzəyeva
Onlar ağır yanıq xəsarəti ilə reanimasiya şöbəsinə yerləşdiriliblər. Bəzilərinin vəziyyətinin ağır olduğu deyilir.
Mikroavtobus onları tarlaya işləməyə aparırmış.
Son xəbərlər
Son Xəbərlər