Azərbaycanda bank müflis elan olundu -

azerbaycanda-bank-muflis-elan-olundu-
Oxunma sayı: 875



"Qafqazinfo" xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı “Evrobank”ın müflis elan edilməsi ilə bağlı avqustun 3-də  məhkəməyə müraciət edib.

Məlumata əsasən, hakim Elçin Məmmədovun sədrliyi ilə avqustun 10-da iclas keçirilib.

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə “Evrobank” müflis elan edilib. 

“Qafqazinfo”