Azərbaycanda bərpaçılıq sənətinin təşəkkülü və inkşafı

azerbaycanda-berpaciliq-senetinin-tesekkulu-ve-inksafi
Oxunma sayı: 8630


Bədii irsin qorunub gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayan bərpaçılıq sənətinin Azərbaycanda  yaranma təşəbbüsünü ilk dəfə ötən əsrin ortalarında, o illər istedadlı rəngkar kimi tanınan  Fərhad Hacıyev (1929-1987) tərəfindən irəli sürülür.

1954-1957-ci illərdə Moskvada V.İ.Surikov adına Dövlət Rəssamlıq İnstitutunda məşhur bərpaçı rəssam İ.E.Qrabarın təşkil etdiyi Ümumittifaq bərpaçılar kursundan bu sənətin sirrlərini öyrənən sənətkar,təhsilini başa vurduqdan sonra doğma şəhərə, Bakıya qayıdır  və Azərbaycan Dövlət İncəsənət muzeyində bərpaçı-rəssam olaraq çalışmağa başlayır.(şəkil 1)

O illər ölkənin baş muzeyi sayılan İncəsənət muzeyi ilə bərabər, Bakıda fəaliyyət göstərən digər aparıcı muzeylərdə bərpaya ehtiyacı olan əsərlər kifayət qədər çox idi.Sözü gedən muzeylərin əksəriyyəti xeyli əvvəl yaradılsa da onlarda qorunan və bərpaya ehtiyacı olan sənət əsərləri bərpa olunmamışdır.Bir sözlə desəm, Fərhad Hacıyevin Moskvada əldəetdiyi bilikləri tətbiq etmək üçün geniş şərait var idi.(şəkil 2)

Fərhad  Hacıyev, çıxdığı bu məsuliyyətli yola təhlükədə olan səkkiz rəngkarlıq əsərindən birini seçməklə başlayır. Bu əsər  Qərbi Avropa rəssamlıq məktəbinin nümunəsi  olan “Monastrapteki” tablosu idi.(şəkil 3)

Naməlum holland rəssamına  aid olan bu rəngkarlıq  nümunəsinin  ölçüsü elə də böyük deyildi.Buna baxmayaraq, bərpaçı  rəssam, onun  üzərində  1962-ci ilə kimi çalışır və nəticəniəldə edir.Beş illik zəhmətin bəhrəsi isə sənətsevərlərin alqışını qazanır.Beləliklə “Monastr apteki” ikinci həyatını yaşamağa başlayır.

Bərpaçı-rəssamın bu işdə başladığı ilk uğuru diqqətdən kənar qalmır.Tezliklə muzeyin nəzdində tək ştat vahidi artırılaraq Mərkəzi Bədii Bərpaçılıq Emalatxanası (1971-1980- ci illər)fəaliyyətgöstərməyə başlayır.Emalatxananın fəaliyyəti ölkədə bərpaçılıq sahəsində yaranan boşluğun doldurulması üçün uğurlu addım olur.

Bərpaçı rəssamların 1978-ci ildə təşkil olunan ilk sərgisində 223 sənət əsərinin həyata qaytarılması haqqında hesabat verən sənətkarlar, bu sahəyə sərf etdikləri əməyi sübut etmiş oldular.Bu əsərlərin demək olar ki,170-i Fərhad Hacıyev tərəfindən bərpa edilmişdir.Bərpa edilən əsərlər, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Şirvanşahlar sarayı dövlət tarix–memarlıq muzey kompleksi, Azərbaycan Dövlət Din Tarixi muzeyi, Azərbaycan Dövlət tarix Muzeyi, M.Əzizbəyovun ev muzeyinin eksponatları idi.

Fərhad Hacıyevin bərpaçılıq sənətinə olan sevgisi günü-gündən sənətkarın şəxsində öz təzahürünü tapırdı.O, biliyini peşəkar vərdişlərini daima inkşaf etdirib təmsil etdiyi sahədə baş verən yenilikləri yaxından izləyirdi.Mədəni sərvətlərin mühafizəsinə həsr olunan Ümumittifaq Konfransların daimi iştirakçısı idi.

1963-cü ildə YUNESKO tərəfindən bərpaçıların Sankt-Peterburqda təşkil olunmuş beynəlxalq konfransda iştirak edən Fərhad müəllim, üç il sonra SSRİ Mədəniyyət Nazirliyinin müvafiq qurumunun sərəncamı ilə Ali dərəcəli bərpaçı-rəssam adını alır.

Fərhad Hacıyevin bərpa sənətinin inkşafı üçün sərf etdiyi əmək o illər hakimiyyət orqanları tərəfindən yüksək qiymətləndirilir.

1973-cü ildə İçərişəhərdə yerləşən, tarixi 1895-ci ilə aid  “Bəylər məscidi”, emalatxananın istismarına verilir.(şəkil 5)

Məlum bu illər, ateist cərəyanını təbliğ edən Sovetlərin hakim qurumlarında əyləşən şəxslər,müsəlmanların üzünə bağlanmış məscidi emalatxanaya verməklə bərpa mərkəzini bina ilə təmin edir eləcə də  məscidin fəaliyyət istiqamətini dəyişir.

Lakin göz nuru əl əməyi sayəsində minlərcə  sənət əsərinə ikinci həyat verib onları müasirlərinə çatdıracaqbərpaçı-rəssamların gördükləri müqəddəs iş, yerləşdikləri ərazini bərpa ocağına çevirir.

1980-ci ildə elmi  status alan  qurum, “Muzey  Sərvətləri  və Xatirə  əşyalarının  Elmi Bərpa Mərkəzi”nə  (MSXƏEBM)  çevrilir.         

1957-1959-cu illərdə yalnız rəngkarlıq və qrafika işlərini bərpa edən mərkəzdə, artıq  elmi –tədqiqat işləri aparılır, rəngkarlıq, qrafika,xalça və xalça məmulatları, ağac və metal üzrə bərpa işləri görülürdü.  

Qısa müddətdə özünü təsdiqləyən mərkəz, o illər keçmiş SSRİ məkanında   Moskva, Sankt Peterburq və Vilnüs şəhərlərindən sonra dördüncü, Qafqazda isə bu günə kimi yeganədir.Mərkəzdə Rusiyanın qabaqcıl emalatxanalarında təhsil alıb böyük təcrübəyə malik yüksək dərəcəli peşəkar mütəxəssislər, bu gün Fərhad Hacıyevin bərpa sənətində açdığı cığırın layiqli davamçılarıdır.

 “Muzey Sərvətləri və Xatirə  əşyalarının  Elmi Bərpa Mərkəzi” ndə dörd şöbə fəaliyyət göstərir:

1. Elmi şöbə

2. Yağlı boya şöbəsi

3. Qrafika şöbəsi

4. Tətbiqi-incəsənət şöbəsi

Professional bərpanın tələbləri aşkarlıq, elmilik və nəzarətdir. Bütövlükdə bərpa işi, peşəkar təkmilləşdirmənin, praktik və nəzəri tədqiqatların, xüsusi bərpaya aid ədəbiyyatların tədqiqatı üzərində qurulur.

Elmi tədqiqatlar, eksponatın kimyəvi–texnoloji xüsusiyyətlərinin öyrənilməsindən, həmçinin eksponat haqqında tarixi-sənətşünaslıq məlumatlarının  toplanmasından  ibarətdir və bərpanın metodikasını son nəticədə müəyyənləşdirir.

Bütövlükdə isə mərkəzin bərpa fəaliyyətinin göstəriciləri elmi şöbədə toplanır.Həmçinin şöbə, respublika muzeylərində keçirilən, preventiv bərpa adlanan- ilkin bərpa işlərində iştirak edir.

Əşyaların  saxlanılmasına  və  qablaşdırılmasına  dair tövsiyyələr verir, profilaktik və konservasiya tədbirləri aparır.

Maddi və mənəvi mədəniyyətimizin təmsilçiləri hesab olunan muzey sərvətləri müxtəlif  fiziki, kimyəvi, bioloji və mexaniki təsirlərə məruz qalaraq məhv olmağa üz tuturlar. 

Bu prosesin qarşısının alınması demək olar ki, mümkündeyil.Müxtəlif mikroorqanizmaların təsirinə məruz qalan tarixi əsərlərə ilkin və düzgün müdaxilə əsərin daha uzun müddət ekspozisiya və ya muzeylərin fondlarında qorunmasına və sərgilənməsinə xidmət edə bilər.Bəs zamanında və düzgün müdaxilə məhfumuna nələr daxildir?

 Avropa, rus və Azərbaycanın bərpaçı-rəssamları bir əsrə yaxındır ki, hər hansı bir əsərə müdaxilə etmədən öncə, bərpa elminin 5 önəmli prinsipini əsas tutaraq yola çıxırlar.

1. Bərpa sənətinin ən önəmli və birinci prinsipi: bərpaçı–rəssam bərpa etdiyi əsərdə rəssamın “yaradıcılıq” üslubunu dəyişdirərək, öz üslubunu icra etməmə- sinə diqqət yetirməsidir. 

2. Bərpa sənətinin ikinci prinsipi: bərpaçı-rəssam bərpa edilən əsərə öz xəyal gücünə dayanaraq olmayan hər hansı bir detalı əlavə etməsi və ya dəyişdirməsi qəti qadağandır. 

3. Bərpa sənətinin üçüncü prinsipi: öncəliklə əsəri korlayan və məhv edən səbəbləri aradan qaldırılması və əsərin üst təbəqəsində meydana gələn bütün xarici kir və tozların təmizlənməsi. Əsərin hər hansı bir yerində itkilərin geri tamamlanması mövzusu hər zaman xüsusi səlahiyyətli bərpa komissiyasında müzakirə olunmalıdır.

4. Bərpa sənətinin dördüncü prinsipi: əsərin icra olunduğu texnikaya və əsərin meydana gəldiyi əsas maddələrin kimyasına bələd olmadan bərpa prosesinə baş- 94 lamaq və bərpa əməliyyatlarını icra etmək qəti qadağandır. İçərisindəki maddələri bilinməyən və yagizli tutlan kimyəvi maddələrin əsərə tətbiq olunması yol verilməzdir. 

5. Bərpa sənətinin beşinci prinsipi: İcra olunan bütün bərpa və konservasiya əməliyyatları mütləq geridönüşümlü olmalı, “Daşınmaz və ya Daşınabilər” bütün tarixi əsərlərin bərpasına başlanıldığı andan sonuna qədər edilən bütün müdaxilələr və kimyasallar bərpa pasportunda qeydə alınmalıdır. Bu prinsiplər əsasında bərpa və konservasiya əməliyyatlarını icra edən hər hansı bir bərpaçı-rəssam tarixi əsərin tam dünya standartlarına görə bərpasını təmin etmiş olur və əsərə demək olar ki, heç müdaxilə etmədən qoruyaraq gələcək nəsillərə ötürür 

Azərbaycan Dövlət İncəsənət muzeyində saxlanılan bir çox təsviri sənət nümunələri bərpaçı-rəssamlarımız tərəfindən yenilənərək öz orjinal görüntülərini saxlaya bilmişlər.Tarixi, müəllifi və  təsviri belə naməlum olan incəsənət nümunələri sırf  bərpaçıların  vasitəsi ilə aşkarlanır.

Bərpaçı-rəssamların fəaliyyəti  bir növ zərgər işinə bənzəyir.Onlar hər bir əsərə invidual yanaşaraq onu,  yenidən həyata qaytarırlar. Digər muzeylərdən fərqli olaraq respublikanın baş muzeyinin əməkdaşları ilə birgə həyata keçirdikləri elmi-praktiki işlər onların hər sənət əsəri üzərindəki uğurundan xəbər verir.

Muzeydə saxlanılan müəlifi məlum olmayan əsərlərin müxtəlif materiallarla atributsiyasını muzeyin əməkdaşları ilə bərabər bərpaçılar həyata keçirir.

İtmiş rəng qatını bərpa edib, qoruyucu lakın və çirkin təmizlənməsi  yalnız  sözün əsl mənasında  sənət əsərlərini xilas edən“bərpaçı təbiblərin”işidir.Məhz birgə fəaliyyətin nəticəsində  neçə-neçə elmə məlum olmayan adları  üzə çıxarıb, naməlum müəlliflərin əsərlərinin mənşəyini müəyyənləşdirmişdir.

   Bu gün  Azərbaycan  muzeylərində  minlərlə  bərpa  və  konservasiyaya  ehtiyacı  olan  eksponatlar  mövcuddur. Xalqımızın  zəngin  bədii – tarixi  irsi, dəyərli  mənəvi  və  maddi  sərvətləri – işində  incədən incəni  seçən, işini  həssaslıqla, peşəkarlıqla, keyfiyyətlə  həyata  keçirən  yüksək  dərəcəli  mütəxəssislərin  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyinə  tabe  olan  Muzey  Sərvətlərin  və  Xatirə  Əşyalarının  Elmi  Bərpa  Mərkəzinin  bərpaçı - rəssamlarının qayğıkeş  əllərini  gözləyir.     

 Fidan Abdulzadə Seyidşah qızı

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistr tələbəsi

İxtisas: İncəsənət əsərlərinin bərpası və ekspertizası

İxtisaslaşma: Təsviri incəsənət tarixi və nəzəriyyəsi