Azərbaycanda beynəlxalq uçuşlar nə vaxt açılacaq?

azerbaycanda-beynelxalq-ucuslar-ne-vaxt-acilacaq
Oxunma sayı: 13067

“Xarici ölkələrdə yaşayanlar çarter reyslərlə Azərbaycana gətiriləcək”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi  Hikmət Hacıyev deyib. 

O bildirib ki, bu zaman ölkəyə uçuş bileti əlində olanlar, azyaşlı uşağı olan ailələr ilk olaraq nəzərə alınacaq: “AZAL və “Buta” vasitəsilə uçuşlar həyata keçiriləcək. May ayı ərzində Azərbaycandan beynəlxalq uçuşların açılması gözlənilmir. Yalnız xüsusi çarter reyslər və beynəlxalq daşımalar həyata keçiriləcək”. 

Murad Əhməd