Fonda mətbuat katibi təyin olunan Ceyhun Musaoğlu "Qafqazinfo"ya bildirib ki, qurumun idarəçilik strukturu tam müəyyənləşib, icraçı direktor tərəfindən əməkdaşları təyin edilib.
Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının üzvü, Azərbaycanın Millətlərarası, Multikultiralizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Fondun əməkdaşları ilə iki dəfə geniş tərkibli görüş keçirib. Görüşdə Bilik Fondunun məqsəd və məramı, fəaliyyət istiqaməti, əməkdaşların vəzifələri, ilin sonuna qədər həyata keçirəcəyi layihələr ətraflı şəkildə müzakirə edilərək, konkret tapşırıqlar verilib.
Son xəbərlər
Son Xəbərlər