Azərbaycanda bir günə 59 cinayət faktı

azerbaycanda-bir-gune-59-cinayet-fakti
Oxunma sayı: 674


“Qafqazinfo”nun DİN-in saytına istinadən xəbər verir ki, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınmış, onların da 17-si “isti izlər”lə açılıb.

• Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

• Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölmüş, 5 nəfər yaralanıb.

• Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

• Cinayət törətdiklərinə görə 22 nəfər tutulub.