“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 70 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.
• Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
• Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 24 nəfər yaralanıb.
• Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.
• Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.
Son xəbərlər
Son Xəbərlər