“Poppy Gallery” 10 illiyi ilə bağlı ölkəmizdə ilk dəfə ayaqqabı dəfiləsi təşkil edib.
“Qafqazinfo”nun məlumatına görə, artıq 10-cu ildir ki, fəaliyyətdə olan “Poppy Gallery” zövqlü aksesuar çeşidləri ilə hər zaman dəb sevərlərin seçimidir.
Yubiley ilə bağlı 17 mayda Əhmədli filialında keçirilən möhtəşəm dəfilədə gündəlik, biznes, gecə, idman kimi üslublarda geyimlərlə “Poppy Gallery” ayaqqabılarının kombinləri nümayiş olunub.
Dəfilədə məşhur modelyer Nərgiz Şahbazi də iştirak edərək, öz dəyərli fikirlərini izləyicilərlə bölüşüb.
Tədbirdə çıxış edən estradamızın sevilən ulduzları yubileyin dinamik keçməsinə öz töhfələrini veriblər.
Nəzərinizə çatdıraq ki, hazırda “Poppy Gallery”də davam edən 1+1 kampaniyası ilə istənilən 1 məhsul alan şəxsə 1 məhsul da hədiyyə olunur.
Bu şansı qaçırmayın və qarderobunuzu sevimli markanız “Poppy”nin ayaqqabı, çanta və digər aksessuarları ilə zənginləşdirməyə tələsin.




Son xəbərlər
Son Xəbərlər