“Azərbaycanda bu adda qrup olmayacaq”- - Məhkəmə qərarı

azerbaycanda-bu-adda-qrup-olmayacaq-
Oxunma sayı: 2459


“Qafqazinfo”nun  məlumatına görə, jurnalistlərlə görüşən qrupun rəhbəri Aqşin tədbirin əsl səbəbinin nədən ibarət olduğunu açıqlayıb:

“Bildiyiniz kimi Azərbaycanda bir “Qala” qrupu var idi. Daha sonra bizim qrupdan ayrılan bir şəxs özünə yeni bir “Qala” qrupu yaratdı. Bu isə qalmaqala səbəb oldu. Daha sonra əsl “Qala”nın hansı olması üçün məhkəməyə müarciət etdik. Məhkəmə isə belə qərar verdi ki, Azərbaycanda sırf “Qala” adında qrup olmayacaq. Məhz buna görə də, digər qrup özünə “Qala vokal”, bizim qrup isə “Qala virtioz” olduq. Yəni bizim yeni qrupumuzu kimlərləsə səhv salmasınlar. Artıq qarşıda yeni mahnılar, layihələr var. Toy bazarında da biz öz sözümüzü deməyi bacaracağıq. Qaldı ki, digər “Qala” qrupunun üzvləri ilə münasibətimizə, onlarla əvvəlki kimi münasibətmiz yoxdur. Salam, sağ ol”.

Xatırlaq ki, “Qala virtioz” qrupunun tərkibi Muxtarov Vaqif, Orxan Əliyev, Mirzə Bağıyevdən ibarətdir.

Qeyd edək ki, tədbirə tanınmış aktyor Qorxmaz Əlili, Nicat Rəhimov, müğənnilər Emil Bədəlov, İlqar Sail, Ceyhun Zeynalov (Cin) və başqaları qatılmışdı.