Azərbaycanda bu dərmanlar istehsal olunacaq

azerbaycanda-bu-dermanlar-istehsal-olunacaq
Oxunma sayı: 5231

Pirallahı Sənaye Parkında onkoloji, HİV/QİÇS-in, qan və sinir sistemi, ürək-damar sistemi  və s. xəstəliklərinin müalicəsinə yönəlmiş dərman preparatlarının istehsalı planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, istehsal Parkın rezidenti olan əczaçılıq müəssisəsi tərəfindən həyata keçiriləcək.

Şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton® MR (qliklazid) preparatının istehsalına başlanılıb. Artıq 200 min qutu dərman preparatı istehsal edilib. Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu Diabeton® MR preparatının istehsalı planlaşdırılır.