Azərbaycanda bu ilin ilk sınaq imtahanları keçirilir

azerbaycanda-bu-ilin-ilk-sinaq-imtahanlari-kecirilir
Oxunma sayı: 1146


“Qafqazinfo” xəbər verir ki, APA-nın xəbərinə görə, sınaq imtahanları respublikanın 22 şəhər və rayonunda ümumilikdə 62 binada təşkil olunub.

İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 49405 yer ayrılıb, qeydiyyat internet vasitəsilə martın 27-dən aparılıb.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanlarının aprelin 6-dan iyunun 1-dək keçirilməsi nəzərdə tutulur.

Bu müddətdə ümumilikdə 6 sınaq imtahanı keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar olacaq.