Türkiyəli aktrisa Esra Sönmezer Azərbaycanda telekommunikasiya firmalarından birinin reklam siması seçilib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa reklam çəkilişləri üçün Bakıda olub. Esra Azərbaycanda olmaqdan məmnunluğunu dilə gətirib:
“Təklif gələn kimi fikirləşmədən qəbul etdim. Qardaş ölkədən belə bir təklif almaq məni qürurlandırdı. Çox yaxşı qarşılandım və Azərbaycanda bu qədər tanınmağım məni təəccübləndirdi”.
Son xəbərlər
Son Xəbərlər