Azərbaycanda bu qurumun yeni törəmə hüquqi şəxsləri yaradıldı

azerbaycanda-bu-qurumun-yeni-toreme-huquqi-sexsleri-yaradildi
Oxunma sayı: 1862

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin(QSC)  yeni törəmə hüquqi şəxsləri yaradılıb.
 
“Qafqazinfo”nun məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında əksini  tapıb.
 
Qərara əsasən  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  törəmə hüquqi şəxsləri statusunda “Yaxt Klub” Məhdud Məsuliyyətli Cəmiyyəti,  “Dənizçilər poliklinikası” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Dənizçi təmir-tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.