Azərbaycanda bu xəstəliyə yoluxanların sayı artıb

azerbaycanda-bu-xesteliye-yoluxanlarin-sayi-artib
Oxunma sayı: 6740

Azərbaycanda sifilis diaqnozu qoyulmuş xəstələrin sayı artıb.

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, ötən il müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin sayı 2394, 2016-cı ildə 1587, 2005-ci ildə 547 nəfər olub.

Azərbaycanda ilk dəfə sifilis diaqnozu qoyulanların da sayı artıb. 2017-ci ildə ilk dəfə qoyulmuş sifilis diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 967 nəfər olub. Bu göstərici 2016-cı ildə 907, 2015-ci ildə 560, 2005-ci ildə 222 olub.

Sifilis diaqnozu qoyulanların çoxu kişilər olur.

Keçən il ərzində müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin 1 558-i kişi olub. Ötən il ilk dəfə sifilis diaqnozu qoyulanların 652-si, 2016-cı ildə 593-ü, 2005-ci ildə 139-u kişi olub.

Keçən il əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə sifilis diaqnozu qoyulanların sayı 9,9 nəfər olub.

Azərbaycanda sifilisli xəstələrin sayı artsa da, digər zöhrəvi xəstəlik olan qonokokk infeksiya ilə (süzənək) xəstələnənlərin sayı azalıb.

Ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan qonokokk infeksiya ilə xəstələnənlərin sayı 152 nəfər olub. Bu say 2016-cı illə müqayisədə (105 nəfər) çox olsa da, 2005-ci illə müqayisədə (1 360 nəfər) xeyli azdır.