“Azərbaycanda bütün dinlər bərabər fəaliyyət göstərir”

azerbaycanda-butun-dinler-beraber-fealiyyet-gosterir
Oxunma sayı: 654

Trend-in məlumatına görə, bunu cümə axşamı Milli Məclisin vitse-spikeri Bahar Muradova son vaxtlar İranın bəzi din xadimlərinin Azərbaycanla bağlı səsləndirdikləri tənqidlərə münasibət bildirərkən deyib.

"Ölkədə bütün konfessiyalar fəaliyyətlərini qanun çərçivəsində qururlar", - o qeyd edib.

Vitse-spiker bildirib ki, Azərbaycanda heç zaman bir istiqamətli, bir yönümlü fəaliyyət olmayıb.

"Buna görə də mən düşünürəm ki, iranlı dostlarımız öz ölkələrində Azərbaycanla bağlı fikirlər bildirərkən ən azından Azərbaycanın müstəqil bir dövlət olduğunu, eləcə də ikitərəfli münasibətlərimizdə İranla əlaqədar mövqeyimizi, bu ölkə ilə dost münasibət saxladığımızı unutmamalıdırlar", - Muradova bildirib.

İranın Qum şəhərində İslam ölkələrindən olan tələbə və ruhanilərin iştirakı ilə "Azərbaycan Respublikasında İslami oyanışa dayaq və islamofobiya siyasətlərinin məhkum edilməsi" adlı konfrans keçirilib. Konfransda Azərbaycan əleyhinə fikirlər səsləndirilib.