“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Ukrayna mətbuatına açıqlama verib.
“Qafqazinfo”nun məlumatına görə, mütəxəssis Azərbaycan futbolu barədə maraqlı fikirlər səsləndirib:
“Azərbaycan mənim üçün yeni ölkə olsa da, kubok qazanmaq yeni deyil. Bu ölkədə futbola yanaşma fərqlidir. 5 ay ərzində bir çox şey qazandım. Onların mentaliteti tamamilə fərqlidir. Ukraynada futbolçulara istirahət üçün şərait yaradılır, onlar gəzmək imkanı qazanır. Azərbaycanda isə rejim üstünlük təşkil edir. Ölkə çempionatında oynayan 5 komandanı AFFA maliyyələşdirir. Cəmi 3 klubda isə prezident var”.
Son xəbərlər
Son Xəbərlər