Azərbaycanda çörək bahalaşıb?- - Rəsmi açıqlama

azerbaycanda-corek-bahalasib-
Oxunma sayı: 3346


Sakinlərin bildirdiyinə görə, bazarda unun qiymətinin bahalaşması son bir neçə gündə müşahidə olunur. 

Unun qiymətinin bahalaşması təbii olaraq çörəyin qiymətinə və ya çəkisinə də təsirsiz ötüşmür. Belə ki, paytaxtda yerləşən bir sıra mağazalarda çörəyin çəkisinin azaldığı bildirilir. Bəs, Azərbaycanda çörəyin qiymətinin bahalaşması gözlənilir?

Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat katibi Abbas Əliyev unun qiymətinin bahalaşmadığını qeyd edib. Onun sözlərinə görə, mütəmadi olaraq keçirilən monitorinqlər zamanı un və un məhsullarının qiymətində artımın olmadığı qeydə alınıb. 

Abbas Əliyev bildirib ki, bu cür halların aşkar olunacağı təqdirdə faktla bağlı araşdırmalar aparılacaq.