“Azərbaycanda da bunu gördük” - Ərdoğan

azerbaycanda-da-bunu-gorduk
Oxunma sayı: 7551

"Əgər biz NATO-da birlikdəyiksə, həmrəyliyimizi tam şəkildə nümayiş etdirməliyik".

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı zamanı deyib:

“NATO ölkələri olaraq xüsusilə müdafiə sənayesi istiqamətində atılacaq addımlarda həmrəy olmalıyıq. Artıq dünyada müdafiə sənayesində heç bir məhsulu təkbaşına istehsal etmirlər. Əslində biz bunu Rusiya-Ukrayna müharibəsində də gördük. Bundan sonra kim bilir harda, nəyi görəcəyik. Liviyada, Azərbaycanda da bunu gördük. Ümid edirik ki, bunların olmadığı və sülhün hökm sürdüyü bir dünyanı birlikdə quraq. Hazırda bu müzakirə olunur. Amma bununla bağlı Milli Müdafiə Nazirliyimiz hər cür tədbir görür. Nə lazımdırsa ediləcək”.