Azərbaycanda da çəkilən “Forsaj-9”un premyera tarixi açıqlandı

azerbaycanda-da-cekilen-forsaj-9un-premyera-tarixi-aciqlandi
Oxunma sayı: 3875

Pandemiya səbəbindən premyerası təxirə salınan dünyaca məşhur “Forsaj” filminin 9-cu seriyasının təqdimatının tarixi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanda da lentə alınan ekran işinin qalasının iyunun 17-də keçirilməsi planlaşdırılır.

“Forsaj-9” Rusiyada əsas təqdimatından 1 ay əvvəl, yəni mayın 20-də nümayiş etdiriləcək.

Qeyd edək ki, daha əvvəl “Forsaj-7”də film qəhrəmanları Azərbaycanda olmuşdu. Lakin “Qafqaz dağlarında təqib” hissəsinin çəkilişləri Azərbaycan dağlarında yox, Koloradoda baş tutmuşdu.