Azərbaycanda daha bir ana körpəsi ilə doğuş zamanı öldü

azerbaycanda-daha-bir-ana-korpesi-ile-dogus-zamani-oldu
Oxunma sayı: 1732



Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, 33 yaşlı Vəliyeva Aynurə və onun körpəsinin ölümünün ilkin səbəbinin emboliya olduğu hesab edilir.

Artıq hadisə ilə bağlı araşdırmaların aparılmasına başlanıb. Ölümün dəqiq səbəbi Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırıldıqdan sonra məlum olacaq.