“Qafqazinfo” gənclər və idman nazirliyinin mətbuat xitmətinə istinadən, xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Sabunçu rayonunun icra başçısı Adil Vəliyev və digər rəsmilər iştirak ediblər.
Azad Rəhimov açılış mərasimində çıxış edərək “Gənclər evi” ilə bağlı məlumat verib: “Sayca 28-ci olan Sabunçu “Gənclər evi”ndə gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün hər bir şərait yaradılıb. Trinajor, fitnes zalları, komputer otaqları, bir araya toplanıb yeni layihələr üzərində çalışmaları üçün münasib otaqlar, bir sözlə ən rahat şərait. Sadəcə gənclərimizin daha aktiv və yaradıcı olmaları yetərlidir. Təbii ki, bu dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.”
Son xəbərlər
Son Xəbərlər