Azərbaycanda daha bir toy gəlinsiz oldu

azerbaycanda-daha-bir-toy-gelinsiz-oldu
Oxunma sayı: 4963


Masallı rayonunda bəyin kobud hərəkəti toyda gəlinsiz qalmasına gəririb çıxarıb. "Qafqazinfo" xəbər verir ki, rayon sakinlərinin milli.Az-a verdikləri məlumata görə, avqustun 18-də toy günü bəy bəzənməsi üçün gəlini gözəllik salonuna gətirib. 

Elə orada bəylə gəlin arasında mübahisə düşüb. Əsəbiləşən bəy gəlinə sillə vurub. 

Bundan sonra gəlin ona ərə gəlmək istəmədiyini deyərək bəy evinə getməkdən imtina edib və salonu tərk edib. Gəlini gətirə bilməyən oğlan evi toyu gəlinsiz keçirmək məcburiyyətində qalıb. Gecə saat 2-yə qədər toy olub, vur-çatlasın davam edib. 

Toyun səhəri gün qızın ailəsi gələrək cehizləri geri qaytarıb. 

Hadisənin təfərrüatlarını öyrənməyə çalışırıq.