İsmayıllıda kütləvi zəhərlənmə baş verib.
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib. Səhər saat 9:30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb.
Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir. Qidadan zəhərlənmə etimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini rayonun Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər.
Xatırladaq ki, son 1 ayda Azərbaycanda toyda bir neçə zəhərlənmə faktı qeydə alınıb. Avqustun 5-i Qəbələ rayonu Zərgərli kəndində toya gələn 89 nəfər, avqustun 26-ı Ağdaşda sünnət toyunda iştirak edən 10 şəxs, ötən gün isə Şəkinin Çeşməli kəndində toy mərasimindən sonra 21 nəfər zəhərlənərək xəstəxanada müalicə keçib.
***
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva hadisə ilə bağlı məlumat yayıb. Bildirib ki, İsmayıllıda həyətyanı sahədə keçirilən kiçik toy məclisində qidadan zəhərlənmə ehtimalı ilə bağlı Agentliyin mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub.
Hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticələri ilə bağlı geniş məlumat veriləcək.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər