Azərbaycanda daha çox oğlan uşağı doğulur - Fərq artır

azerbaycanda-daha-cox-oglan-usagi-dogulur
Oxunma sayı: 1823

Bu ilin yeddi ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 82 min 380 doğulan körpə qeydə alınıb.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,6 təşkil edib.

Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarından ibarət olub.

Körpələrdən 1514-ü əkiz, 33-ü üçəm doğulanlardır.