Azərbaycanda dəhşətli hadisə- - Bələdiyyə sədri və əri qətlə yetirildi+Foto

azerbaycanda-dehsetli-hadise-
Oxunma sayı: 11700


"Qafqazinfo" xeberle.com-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında onun yaşadığı Saray qəsəbəsindəki evində qeydə alınıb. Belə ki, qatillər onun başını kəsib, həyat yoldaşının isə güllə ilə ürəyindən vurublar. Üstəlik, izi itirmək üçün evi yandırıblar. Hazırda mərhumların meyitləri Sumqayıt şəhər 1 saylı təcili tibbi yardım xəstəxanısının morqundadır.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum bələdiyyə sədri 1976-ci ildə doğulub. Onunla bərabər qətlə yetirilən həyat yoldaşı isə Vəfadar Əbilhəsənovdur.

***

"Qafqazinfo"ya daxil olan məlumata görə, xanım sədri və həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən Fədail Hüseynov saxlanlıb.

***

Xeberle.com saytının məlumatına görə, Bələdiyyə sədrinin həyat yoldaşı Vəfadar Əbilhəsənov 1975-ci ildə avqustun 17-də anadan olub. Əvvəllər Sumqayıt şəhərində işləyib, "B&G" Sığorta şirkətinin filial rəhbəri vəzifəsində çalışıb. Mərhumun son iş yeri isə "Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin aparat rəhbəri vəzifəsi olub.