Azərbaycanda dələduz dəstə ələ keçdi

azerbaycanda-deleduz-deste-ele-kecdi
Oxunma sayı: 1093


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Nərimanov Elmir Təyyar oğlu və  tanışı Sadıqov Nemət Kərim oğlu 2012-ci ildə Zaqatala rayonu Muğanlı kənd sakini Məmmədov Ramin Məhəmməd oğluna güzəştli kredit düzəltdirəcəklərini vəd verib Bakı şəhərində onun 5000 manat pulunu ələ keçiriblər.

Bundan başqa  2013-cü ildə Goranboy rayon Azad kənd sakini  Məmmədov Anar İbrahim oğlunun Qaradağ Hərbi Prokurorluğunda barəsində aparılan cinayət işinin icraatına xitam verdirəcəklərini deyərək onun atası İbrahim Məmmədovdan əvvəlcə 10 min manat, bir neçə gündən sonra isə daha 5 min manat pul alıblar.

Vətəndaşların şikayəti əsasında saxlanılan Nərimanov Elmir Təyyar oğlunun Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən axtarışda olduğu müəyyən edilib. Hal-hazırda onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 , 178.2.4, 178.3.2- ci maddələri ilə cinayət işi başlanıb.