Azərbaycanda dərslik bataqlığı

azerbaycanda-derslik-bataqligi
Oxunma sayı: 1183


“Yaramır”, “həcmi azdır (çoxdur)”, “keyfiyyətsizdir”, “dərslik statusu verilə bilməz” və s. kimi “əsaslandırmalar” da deyilməyib. Yəni aradan xeyli zaman keçib, necə deyərlər çox körpülər altından çox sular axıb, ortada nəticə yoxdur. Dərslik tarixə aid olsa da, artıq köhnəlmiş sayıla bilər. Təhsil məsələləri ilə məşğul olanlara yaxşı məlumdur ki, indiki dünyada özünə hörmət edən universitetlər çalışırlar ki, hər tədris ilində yeni dərsliklərdən istifadə etsinlər. Köhnəlmiş dərsliklərin tez əvəzlənməsi universitetləri qayğılandıran əsas məsələlərdəndir. Bizdə isə dərsliklər çap olunana, tələbəyə çatana qədər köhnəlir. Sual olunur: belə gecikdirilmiş dərsliklərin çapı kimə və nəyə lazımdır? Bəlkə bizdə dərslik yazanlar çoxdur, qrifvermə işi ilə məşğul olan hörmətlilər, sadəcə çatdıra bilmirlər, bəlkə qrifvermə mexanizmləri könəlib, yeni optimal mexanizmlər hazırlanmalıdır, bəlkə bizim yazdığımız dərsliklər yararsızdır, xarici müəlliflərin yazdıqlarını tərcümə etməliyik, yaxud xaricdən (məsələn, Hollandiyadan) dərslik yazanlar dəvət etməliyik? Bəli, bu suallara cavab verilməlidir. Amma ortada bir həqiqət var, keyfiyyətli kadr hazırlamaq üçün zəruri sahələrdən biri də keyfiyyətli dərsliklərin olmasıdır. Yəni, tələbəyə davamlı yeniləşən və optimal tezliklə ünvanına yetişən dərslik lazımdır. Bunu necə edək?

Prof. Xaləddin İbrahimli