Azərbaycanda donuzlar azalır

azerbaycanda-donuzlar-azalir
Oxunma sayı: 772

“Hazırda Azərbaycanda 4693 baş donuz var”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. Onun sözlərinə görə, donuzların sayında azalma müşahidə olunur.

“Donuzlar əsasən Bakı ətrafı qəsəbələrdə, Qəbələ və Xaçmaz rayonlarında saxlanılır. Donuzların sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Əvvəllər 6000 başdan çox donuz olub”.