Azərbaycanda dövlət saytlarına giriş dayandı

azerbaycanda-dovlet-saytlarina-giris-dayandi
Oxunma sayı: 2442

Azərbaycanda dövlət idarələrinə məxsus saytlar müvəqqəti işini dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzindən (CERT) Trend-ə verilən məlumata görə, Azərbaycanın dövlət idarələrinə məxsus saytların işində yaranmış müvəqqəti problem aparılan profilaktik işlərlə əlaqəlidir.
Mərkəzdən əlavə ediblər ki, yaxın zamanda saytlar işini bərpa edəcək.