Azərbaycanda ekspertlər, araşdırmaçı jurnalist və media sahəsində analitiklərdən ibarət dezinformasiya ilə mübarizə və kommunikasiya mərkəzinin yaradılması təklif olunub.
“Qafqazinfo” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc deyib.
“Bir sıra qərb dövlətlərini, onların siyasət alətlərini bilməliyik. Bu məsələdə hibrid hücum aparanların səngərinə keçib, hakimiyyət əleyhinə vuruşan qüvvələr silahlı döyüş meydanında millətimizə qarşı atəş açanlarla eyni işi görürlər. 27 ildə yaşadığımız atəşkəsdən fərqli olaraq, informasiya müharibəsində heç vaxt atəşkəs olmayıb. Halbuki indi Azərbaycan Prezidenti nəinki Ermənistana, hətta bütün erməniçiliyə sülh təklif edir. Lakin qlobal şəbəkəni barış düşündürmür. Ona görə də bizim reaksiyamız sərt və asimetrik olmalıdır”, - deyə Z. Oruc bildirib.
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər