“Azərbaycanda elə insanlar var ki, səni pulla alıb gətirərlər”

azerbaycanda-ele-insanlar-var-ki-seni-pulla-alib-getirerler
Oxunma sayı: 5936


“Qafqazinfo”nun məlumatına görə, prodüser fikirlərini sosial şəbəkədə bölüşüb:

“Mən bu insanı (red. Kamal  Doğulu) Türkiyədə tanımırdım.  Yaxşı ki, Hakan Akkaya haqda bəzi xoşagəlməz xəbərlər yayıldı, bu adam oldu. Kim olduğunu  bilmirəm, həddini bil. Azərbaycanda səndən həm zövqdə,  həm ağılda, həm də hörmətdə artıq insanlar var ki, səni pulla alıb gətirərlər. Bakıda saç kəsərsən, ağzının danışığını bil.  Əslində o qızda günah var ki, azərbaycanlıdır, amma türkcə danışır. Yarışmadadır, özü bilər. Amma Kamal Doğulu  ağzından çıxan kəlməyə diqqət et. Sənin sağındakılar Bakıya 4-5 dəfə gəlib, pul qazanıb gediblər. Burdakıların zövqü səndən yaxşıdır, şübhən olmasın. Bizim ağlımız yoxdur ki, bunları adam sayıb ölkəmizə qoyuruq, pul qazanırlar. 

Efirdən Azərbaycan xalqından üzr istə. Sənin o Nur Yerlitaşın Azərbaycanın hesabına Bakıda gəlinliklər tikdirir. Deməli, bizimkilərin zövqü də, pulu da var”. 

Qeyd edək ki, 17 yaşlı Sima Şərəfəttinova "Best Model of Azerbaijan"ın 2014-cü il birincisidir. 

Könül