Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Oxunma sayı: 803

Energetika Nazirliyi 2020-ci ilin yanvar-iyun ayları üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb. "Qafqazinfo"ya daxil olan məlumata görə, iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2153,7 mln. kVt·st, ixracı 98,8 mln. kVt·st, idxalı 9,3 mln. kVt·st olub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 14,1 mln. kVt·st, ixrac 61,5 mln. kVt·st artıb, idxal isə 9,9 mln. kVt·st azalıb.

Cari ilin yanvar-iyun aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,2 mln.kVt·st artaraq 12950,2 mln. kVt·st olub. 

Hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 27,8 mln. kVt·st artaraq 12084,0 mln. kVt·st, SES-lərdə 199,9 mln. kVt·st azalaraq 680,3 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,4 mln. kVt·st azalaraq 185,9 mln. kVt·st olub. Külək Elektrik Stansiyalarında 54,8 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 23,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 108,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib. 

Birinci yarımildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11571,3 mln. kV·ts (İES-lərdə 11002,6 mln. kVt·st, SES-lərdə 568,47 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 195,4 mln. kV·st (İES-lərdə 75,8 mln. kVt·st, SES-lərdə 99,8 mln. kVt·st, Günəş ES-də 19,8 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 1134,6 mln. kVt·st təşkil edib. 

Bu dövrdə elektrik enerjisinin ixracı 621,1 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 52,2 mln. kVt·st, idxalı isə 71,5 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 8,8 mln. kVt·st azalıb.
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi