Azərbaycanda elektrik verilişi tam bərpa edildi

azerbaycanda-elektrik-verilisi-tam-berpa-edildi
Oxunma sayı: 1927

Ağsu rayonunda taxıl sahəsində baş vermiş yanğından sonra sistemdə baş vermiş qəza ilə əlaqədar tətbiq olunmuş məhdudiyyət aradan qaldırılıb.

Bu barədə “Qafqazinfo”ya “Azərişıq”dan bildirilib.

Məlumata görə, ölkə boyu elektrik enerjisi təchizatı bütün istehlakçılara saat 20.20-dən etibarən tam bərpa edilib.

Qeyd edək ki, yanğınla əlaqədar elektrik xətlərinə təhlükə yarandığı üçün elektrik verilişində fasilə yaranmışdı.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.