Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti artırıldı

azerbaycanda-emanetlerin-tam-sigortalanmasi-muddeti-artirildi
Oxunma sayı: 2783

Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. 

"Qafqazinfo" xəbər verir ki, sənədlə qanunun 3-cü maddəsində dəyişiklik olunub. 

Dəyişikliyə əsasən, ölkədə əmanətlərin tam sığortalanması müddəti daha 9 ay artırılaraq bu il dekabrın 4-nə qədər müəyyən edilib.