Azərbaycanda ən çox bu yaş aralığında şəxslər virusdan ölüb

azerbaycanda-en-cox-bu-yas-araliginda-sexsler-virusdan-olub
Oxunma sayı: 3816

“Vəfat edənlərin yaş qrupları üzrə bölgüsünə nəzər saldıqda görərik ki, 40-49 yaş aralığında 1 nəfər vəfat edib”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib. 

Qeyd edilib ki, 50-59 yaş aralığında 5 nəfər, 60-69 yaş aralığında 11 nəfər, 70-79 yaş aralığında 4 nəfər və son olaraq 80 yaşından yuxarı 4 nəfər virus səbəbindən həyatını itirib.

Yoluxmanın yaş qrupları üzrə bölgüsünün faiz göstəricisi isə aşağıdakı kimidir:

0-9 yaş arası 5%, 10-19 yaş aralığı 6%, 20-29 yaş aralığı 14%, 30-39 yaş aralığı 18%, 40-49 yaş aralığı 16%, 50-59 yaş aralığı 22%, 60-69 yaş aralığı 13%, 70-79 yaş aralığı 4%, 80 yaşdan yuxarı isə 2%-dir.

Murad Əhməd