Azərbaycanda ən yaşlı seçicinin 134 yaşı var

azerbaycanda-en-yasli-secicinin-134-yasi-var
Oxunma sayı: 2535

Azərbaycanda ən yaşlı qadın və kişi seçicilərin adları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

O bildirib ki, ən yaşlı qadın seçici 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatda olan 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır.

Ən yaşlı kişi seçici isə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 47 saylı məntəqəsində qeydiyyatda olan 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur.

Gülnar Əliyeva