Azərbaycanda ən yüksək səs tonuna malik vokal ifaçılarından biri, Koloratur Soprano Turan Səfərli ilk solo konsertinə hazırlaşır.
Bu barədə “Qafqazinfo”ya ifaçının özü məlumat verib.
İstedadlı sənətçi konsertin mayın 12-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacağını bildirib:
“Hazırlıqlarımız davam edir. Müəllimim Xalq artisti Samir Cəfərovdur. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edəcəyəm. Hər kəsi öz konsertimdə görməkdən məmnun olacağam”.
Qeyd edək ki, konsertin bədii rəhbər və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur. Tədbirdə T. Səfərlini Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.
Konsertin biletini “İticket”dən əldə edə bilərsiniz.
Xəbəri rus dilində oxuyun: Обладательница одного из самых сильных голосов Азербайджана даст сольный концерт

Son xəbərlər
Son Xəbərlər