Azərbaycanda ər arvadını öldürdü

azerbaycanda-er-arvadini-oldurdu
Oxunma sayı: 2282

Bərdə rayonunda qətl hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Qaratapə kənd sakini Səbuhi Həsənov həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günel Həsənovanı öldürüb.

Bərdə rayon Polis Şöbəsindən bildirilib ki, hadisə gecə saat 04:00 radələrində baş verib.

Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.

G. Hüseynova 3 uşaq anasıdır.

Şübhəli şəxs qismində saxlanılan S. Həsənov həyat yoldaşını öldürdüyünü etiraf edib. Qadının meyiti müayinə olunduqdan sonra yaxınlarına təhvil veriləcək. Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.