Azərbaycanda ər arvadının yatan yerdə boğazını kəsdi

azerbaycanda-er-arvadinin-yatan-yerde-bogazini-kesdi
Oxunma sayı: 4692

Bərdədə ər arvadının boğazını kəsərək öldürüb.

“Qafqazinfo” cebhe.info-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Rayonun Tumoslu kəndində yaşayan 1981-ci il təvəllüdlü Rəhimov Zülfüqar yaşadığı evdə yatılı vəziyyətdə olan həyat yoldaşı, 1983-cü il təvəllüdlü Rəhimova Gülnazı boğazından və sol döş qəfəsindən bıçaqlayaraq qətlə yetirib.

Kənd sakinləri Zülfüqar Rəhimovun psixoloji xəstəliklərdən əziyyət çəkdiyini bildiriblər.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb.