Azərbaycanda ər özünü və öldürdüyü arvadını yandırdı - Yenilənib

azerbaycanda-er-ozunu-ve-oldurduyu-arvadini-yandirdi-
Oxunma sayı: 4168

Tovuzda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Qovlar qəsəbəsinin İntizam Əliyev küçəsində Yolçu Hüseynova məxsus çörək bişirilən yardımçı tikilidə yanğın baş verib.

Hadisə nəticəsində Y.Hüseynov və həyat yoldaşı S.Hüseynova yanaraq vəfat edib.

Yanğının hansı səbəbdən baş verdiyi aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

***

Tovuz rayonunda ər və arvadın yanaraq ölməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report" xəbər verir ki, ekpertizanın ilkin nəticələrinə əsasən, Sevda Hüseynova öldürüldükdən sonra yandırılıb.

Onunla birlikdə ölən əri Yolçu Hüeynovun isə ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

APA-nın məlumatına görə, 64 yaşlı Novruz Hüseynov bıçaqla həyat yoldaşı 57 yaşlı Sevda Hüseynovanı qətlə yetirdikdən sonra onu həyətdə olan yardımçı tikiliyə aparıb. Tikilidəki qaz sobası vasitəsi ilə otağa od vuraraq, özünü və həyat yoldaşının meyitini yandırıb.