Azərbaycanda əsir saxlanılmış Xocayan Ermənistanda öldü

azerbaycanda-esir-saxlanilmis-xocayan-ermenistanda-oldu
Oxunma sayı: 1914


“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, o ailəsi Xocayanın ölümündə Azərbaycan tərəfini günahlandırır. Ailə üzvlərinin sözlərinə görə, 77 yaşlı kişi qəfildən ölüb. Müstəntiqlər Mamikon Xocayanın cəsədini ekspertiza üçün İrəvana aparacaqlar. 

Xatırladaq ki, yanvarın 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılan Ermənistan vətəndaşı, 1937-ci il təvəllüdlü Xocayan Mamikon Tiqranoviç martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb. Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb.