Azərbaycanda eynicinsli nikahlara icazə verildi – - İngilislərə

azerbaycanda-eynicinsli-nikahlara-icaze-verildi-
Oxunma sayı: 8382


Böyük Britaniya konsulluqlarına Rusiya, Azərbaycan, Serbiya və Macarıstanda eynicinsli nikahları qeydiyyatdan keçirməyə icazə verilib.

"Qafqazinfo" Oxu.Az-a istinadən xəbər verir ki, Britaniya diplomatik nümayəndəliklərində göstərilən ölkələrdə, eləcə də Avstraliya, Boliviya, Kamboce, Çili, Kolumbiya, Estoniya, Yaponiya, Latviya, Monqolustan, Monteneqro, Nikaraqua, Peru, San-Marino, Vyetnam, Dominikan Respublikası, Kosovo, Kosto-Rika və Fillipində Birləşmiş Krallığın vətəndaşları nikaha girə bilərlər.

Beləliklə də Britaniya konsulluqları yerli qanunlarla qadağan olunduğu ölkələrdə, eləcə də Azərbaycanda eynicinsli nikahları qeydiyyatdan keçirmə imkanı əldə etdilər.

Böyük Britaniyanın keçmiş xarici işlər naziri, “Leyborist” partiyasından olan parlament üzvü  gey Kris Brayant bəyan edib ki, Birləşmiş Krallığın XİN vəzifələrindən biri “Britaniya dəyərlərinin xaricə eksportudur”.