Azərbaycanda fəaliyyət göstərən Britaniya şirkətlərinin sayı açıqlandı

azerbaycanda-fealiyyet-gosteren-britaniya-sirketlerinin-sayi-aciqlandi
Oxunma sayı: 1462

Hazırda Azərbaycanda 500-dən artıq Britaniya şirkəti fəaliyyət göstərir. 
 
“Qafqazinfo”nun məlumatına görə bunu Bakıda 25-ci Xəzər Neft Qaz konfransı münasibətilə keçirilən qəbulda Böyük Britaniyanın baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxıstanla ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Emma Nikolson bildirib.

O qeyd edib ki, Britaniya Azərbaycanla münasibətlərdə ümidverici sahələri nəzərdən keçirəcək. “Bu sahələrə təhsil, iqtisadiyyat, qeyri-neft sektoru daxildir”- deyə o, bildirib.

Onun sözlərinə görə, neft-qaz Azərbaycan və dünya üçün mühüm əhəmiyyət kəsb etməkdə davam edəcək.