Federasiyadan “Qafqazinfo”ya verilən məlumata görə, turnir gələn il Azərbaycanın qəbul edəcəyi ilk Avropa Oyunlarının mounten bayk yarışlarının keçirilməsi planlaşdırılan ərazidə baş tutub.
Beynəlxalq Velosipedçilər İttifaqının qaydalarına əsasən təşkil olunan yarışda 30-a yaxın idmançı iştirak edib. Onlar hər biri 3,5 km-dən ibarət 4 dövrədə mübarizə aparıblar.
Nəticələrə gəlincə, "Synergy Baku" kontinental velosiped komandasının üzvü, özünü mounten bayk yarışlarında sınayan Aqşin İsmayılov bu növdə də bacarıqlı olduğunu sübut edib. O bütün rəqiblərini qabaqlamaqla Federasiya Kubokunun qalibi olub. 2-ci yeri Aqşin Bağırlı, 3-cü yeri isə Orxan Məmmədov tutub. Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və pul mükafatı ilə təltif ediliblər.
Son xəbərlər
Son Xəbərlər