Azərbaycanda film kimi olay - Şirkət rəhbərinə qarşı

azerbaycanda-film-kimi-olay-
Oxunma sayı: 2520

Şirvan şəhərində qeyri-adi soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 3-də Şirvan şəhərində Türkiyə vətəndaşı, “Galaxy” şirkətinin müdiri Akkurt Sadrettin “Toyota” markalı avtomobili idarə edərkən velosiped sürən naməlum şəxs yıxıldığından köməklik məqsədi ilə düşüb, ona yaxınlaşıb.

Bu zaman velisoped sürücüsü onun başından vurub və A.Sadrettin zərbədən huşunu itirib. Həmin şəxs isə salonunda 60 000 manat olan avtomobili qaçırıb.

A.Sadrettin xəstəxanaya yerləşdirilib. Avtomobil həmin gün Şirvan şəhəri ərazisində tapılıb və pulun aparılması müəyyən edilib.

Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Murad Əhməd